AZ

Putin: Rusiya Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izləyir

Rusiya Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izləyir.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Bəhreyn Krallığının milli təhlükəsizlik müşaviri Nasir bin Həməd Ali-Xəlifə ilə görüşü zamanı deyib: "Təəssüf ki, bugünkü görüşümüz regionunuzda gərginliyin artması fonunda keçirilir. Hamımız orada baş verənləri narahatlıqla izləyirik. Yəqin ki, bu barədə də danışacağıq.

Bu baxımdan, mən bu günlərdə Milli Təhlükəsizlik Müşaviri kimi üzərinizə nə qədər iş düşdüyünü çox yaxşı başa düşürəm. Həddindən artıq məşğul olmağınıza baxmayaraq, burada, aramızdasınız. Bu, Bəhreynin Rusiya Federasiyası ilə münasibətlərin inkişafına verdiyi diqqətin ən yaxşı təsdiqidir".


Telegram kanalımız
Seçilən
3
yenisabah.az

1Mənbələr