AZ

Tarixdə görünməmiş kiber hücum: 16 milyard hesab təhlükədə

Kiber təhlükəsizlik sahəsi hazırda tarixin ən böyük məlumat sızıntısı təhlükəsi ilə üz-üzədir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədqiqatçılar 30 fərqli verilənlər bazasından ibarət 16 milyard hesab məlumatının sızdırıldığını açıqlayıb.

Məlumata görə, “Facebook”, “Instagram”, “Gmail”, “Telegram” və digər məşhur platformalar bu sızmadan təsirlənib. Sızan məlumatlar arasında istifadəçi adları, şifrələr, çərəzlər, giriş tokenləri və digər kritik metaverslər yer alır. Bu isə hesabların ələ keçirilməsi və fişinq hücumları riskini artırır.

Araşdırmalara görə, bu məlumatların böyük hissəsi əvvəl heç yerdə açıqlanmamış yeni sızıntılardan qaynaqlanır. Əlavə olaraq, iki faktorlu doğrulama istifadə etməyən hesablar xüsusilə həssas vəziyyətdədir.

Ekspertlərə görə, bu sızıntı dünyada 5,5 milyarddan çox internet istifadəçisinin bir neçə hesabına təsir edə bilər. Bu məlumatlar kiber cinayətkarların fırıldaqçılıq və maliyyə oğurluqları üçün istifadə edə biləcəyi ciddi bir bazadır.

Nə etməliyik?

Seçilən
6
1
publika.az

2Mənbələr