“Napoli” hücumçu Darvin Nuneslə bağlı “Liverpul”la danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 25 yaşlı Uruqvay millisinin futbolçusu üçün 50 milyon avro tələb edir. Neapollular artıq təxminən 43 milyon avro təklif ediblər.
2024/25 mövsümündə Nunyes bütün yarışlarda 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.