AZ

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Tanınmış iş adamı və müğənni Emin Ağalarov rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycanı təmsil etmək istəyi barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, 17 yaşlı idmançının Azərbaycanı təmsil etmək istədiyini deyib:

"Veronika Jilina artıq ölkənin rezidentidir. Onun özü də Azərbaycan adından çıxış etməyi çox istəyir, amma hələlik bu prosesi reallaşdırmaqla bağlı müəyyən çətinliklərimiz var. Təəssüf ki, idmançı iki ilə yaxındır ki, ehtiyat oyunçular skamyasında oturur. Onun mümkün Olimpiadada iştirakını da əldən verməsini istəməzdik.

Onun böyük peşəkar olduğuna əminəm. Ən çox isə mənim üçün vacib olan Yevgeni Plüşenkonun fikridir. O, ikiqat olimpiya çempionudur, Veronikanı özü məşq etdirib və onun uğuruna inanır", – deyə Ağalarov "RIA Novosti Sport"a bildirib.

Seçilən
8
1
publika.az

2Mənbələr