AZ

Dördüncü dəfə ana olacaq

Məşhur alman aktrisa Vilma Elles dördüncü dəfə ana olmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bəli, bu doğrudur. Mən yenidən hamiləyəm və dördüncü övladımızı gözləyirik! Ailəmiz böyüyür. Melodi, Milat və Tiaraya bacı və ya qardaş gələcək. Bu xəbəri sizinlə də paylaşmaq istədim. Qəlbimiz sevgi ilə doludur... Mən həm ekranda, həm də həyatımda ən gözəl rolu analığı yaşayıram”, - paylaşımda deyilir.

Xatırladaq ki, o, adını Mücella olaraq dəyişib.

Qeyd edək ki, V. Elles 2014-2019-cu illərdə Arif Kerem Gögüşlə ailəli olub. Bu evlilikdən dünyaya gələn əkizlər Milat və Melodinin qəyyumluğu anaya verilib. Aktrisa 2022-ci ildə vəkil Mehmet Şah Çeliklə nikaha girib. Bu evlilikdən də bir övladı var.

V. Ellesə 2010-2013-cü illərdə “Kanal D” telekanalında yayımlanmış “Öyle bir geçer zaman ki” serialındakı “Caroline” obrazı şöhrət gətirib.

Seçilən
17
2
qafqazinfo.az

3Mənbələr