AZ

Xameneinin baş müşaviri: "Mən sağam və özümü fəda etməyə hazıram"

İranın ali rəhbəri Əli Xameneinin baş müşaviri Əli Şamxani ona müraciət ünvanlayıb...

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat verib.

İyunun 13-də, müharibənin ilk günündə İran mediasında Xameneinin baş müşaviri Əli Şamxaninin İsrailin hava hücumu nəticəsində həlak olduğu barədə xəbər yaymışdı.

Daha sonra bildirilib ki, o, ağır yaralansa da, sağ qalıb və hazırda Xameneiyə məktubun mətnini diktə etməsi üçün onun vəziyyəti kifayət qədər stabilləşib.

Mətndə bir neçə əsas ifadə var: "Mən yaşayıram və özümü fəda etməyə hazıram", "Qələbənin işıqlı günü yaxındır", "Tarixdə İranın adı həmişə parlayacaq, şəhidlərin təbəssümləri isə sabahımızın güzgüsünə çevriləcək".

Poliqon.info

 

 

Seçilən
3
poliqon.info

1Mənbələr