“Ağ Ev Fordoda yerin 80 metr dərinliyində yerləşən sentrifuqaları hədəf alan genişmiqyaslı bombalama kampaniyasını təsdiqləyib. Onlar dərində yerləşdiyinə görə, ABŞ bunker busterləri (oyucuları) olan bombardmançılardan istifadə edəcək”,- jurnalsit vurğulayıb.
![]() |
WSJ: “İrana zərbənin bir addımlığında”| VİDEO |
Bundan əvvəl ABŞ-nin yüksək rütbəli rəsmilərinin yaxın günlərdə İrana mümkün zərbənin endirilməsi üçün hazırlıqlara başladıqları bəlli olmuşdu. Məlumatda qarşıdan gələn həftəsonu zərbə planlarının müzakirə edildiyi bildirilirdi.
Bir sıra federal qurumların rəhbərlərinın belə bir ssenariyə hazırlaşmağa başladıqları iddia olunur. Bununla belə, Ağ Ev administrasiyası belə hazırlığın aparıldığı barədə rəsmi açıqlama verməyib.
Sahil İsgəndərov
AzVision.az