Mətləb Salahov: “Erməni baş nazir İranın “qan itirdiyi”,Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır”
“Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya liderləri tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni baş naziri Ərdoğana əyilməkdə ittiham edib, “topa tuturlar”.
Lakin görünən odur ki, hazırkı erməni baş nazir neçə əsrlərdir erməni cəmiyyətində kök atmış streotiplərdən tam fərqli olaraq real siyasət kursuna üstünlük verir və öz hakimiyyətinin təhlükəsizliyi üçün manevrlər edir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, N.Paşinyan İran-İsrail müharibəsinin alovlandığı bir vaxtda, əslində real vəziyyətdən faydalanmaq üçün çalışır. O qeyd edib ki, buna sübut kimi rəsmi İrəvanın artıq Avropadakı dəstəkçilərindən və başı qarışıq olan Rusiyadan ümidini kəsib Türkiyə ilə əlaqələrə üstünlük verməsini göstərmək olar. “N.Paşinyan əsl erməni hiyləgərliyi ilə iş aparır. Bölgədə kim güc sahibidirsə onunla yaxınlaşma və tərəfdaşlıq qurmağa, beynəlxalq dəstək qazanmağa çalışır. Əlbəttdə, açıq-aydın görünən odur ki, erməni baş nazir İranın “qan itirdiyi”,Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta