AzVision.az Rusiyanın “TASS” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian belə deyib.
“Hazırkı şəraitdə bizə sırınan müharibəyə son qoymağın yeganə yolu düşmənin təcavüzünə qeyd-şərtsiz son qoyulması və sionist terrorçuların macəralarına birdəfəlik son qoyulması ilə bağlı dəmir zəmanətlərdir”, - İran prezidenti vurğulayıb.
Bundan əvvəl İranın Xarici İşlər naziri Abbas Əraqçi İslam Respublikasının iyunun 20-də Cenevrədə üç Avropa ölkəsi ilə danışıqlar aparacağı xəbərinitəsdiqləyib.
Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrailin İranın hərbi obyektlərinə və Silahlı qüvvəllərinin rəhbərlərinə raket və dron hücumlarından sonra iki ölkənin bir-birinin ərazilərinə endirdiyi zərbələr hələ də dayanmır.
Bu zərbələr nəticəsində artıq yüzlərlə insan həlak olub, minlərlə adam isə yaralanıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta