“Təhlükə, həmçinin Tehranı dəstəkləyən radikal islamçı qruplaşmalardan da gələ bilər”,- qəzet vurğulayır.
Qətərin Xarici İşlər nazirliyi ölkənin əmiri Şeyx Təmim bin Həməd Al Taninin İran hakimiyyətindən məktub aldığını bildirsə də, məktubun məzmununu açıqlamayıb. Qətər ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Yaxın Şərqdəki ən böyük bazası olan Əl-Udeyd bazasına ev sahibliyi edir və burada 10 minə qədər amerikalı əsgər yerləşir.
![]() |
Amerika İrana nüvə zərbəsi endirəcəkmi? | VİDEO |
Qeyd edək ki, bəzi KİV-lər ABŞ prezidenti Donald Trampın İrana hücum planlarını özəl olaraq təsdiqlədiyini yazıb. Amerikalı jurnalsit-tədqiqatçıSeymur Xerşdə ABŞ-nin artıq bu həftəsonu Fordo nüvə obyektini vura biləcəyini istisna etməyib.
Halbuki, bundan əvvəl Trampın ABŞ-nin İranın nüvə obyektinə zərbə endirməsinin effektivliyinə şübhə ilə yanaşdığı bildirilirdi.
Sahil İsgəndərov
AzVision.az