AzVision.az xəbər verir ki, Kembric və Oksford universitetlərinin tədqiqatçılarının “Evolutionary Anthropology Issues News and Reviews (EAINR)” jurnalında dərc olunan məqaləsində belə deyilir.
“Ana bətnində testosteron və estrogen kimi hormonların səviyyələrində kiçik dəyişikliklər beyin inkişafına, öyrənməyə və hətta autizm də daxil olmaqla neyromüxtəliflik ehtimalına təsir göstərə bilər”, - araşdırmanın müəlliflərindən biri, Kembric Autizm Araşdırma Mərkəzinin tədqiqatçısı doktor Aleks Tsompanidis bildirib.
Alimlər bu cinsi steroid hormonlarının beyin böyüməsinə və insanlarda sosial davranışın inkişafına təsir etdiyi versiyasını irəli sürürlər. Beləliklə, testosteron beynin həcmini artırır, estrogenlər isə neyronlar arasında əlaqəni gücləndirir. Həm hamiləliyin müddətini, həm də qida maddələrinin dölə ötürülməsini tənzimləyən plasenta bunda əsas rol oynaya bilər.
- İnsan beyninin böyüməsi böyük sosial qruplarda yaşamağa uyğunlaşma ilə bağlı ola bilər. Ancaq bu davranış dəyişikliklərinin əsasını hamiləlik zamanı istehsal olunan hormonlar təmin edib”, - Oksford universitetinin professoru Robin Danbar vurğulayıb.
Tədqiqatçılar həmçinin qeyd edirlər ki, insanlarda hamiləlik zamanı digər primatlara nisbətən estrogen səviyyəsi daha yüksəkdir. Bundan əlavə, testosteronu estrogenə çevirən aromataza fermenti insanlarda makakalara (meymun növü) nisbətən daha aktivdir.
Alimlərin fikrincə, bütün bu amillər təkcə böyük və bir-biri ilə əlaqəli beynin inkişafına deyil, həm də kişilər arasında rəqabətin azalmasına və qadınlarda məhsuldarlığın artmasına səbəb ola bilər ki, bu da birlikdə insanlara daha böyük, daha sabit icmalar yaratmağa imkan verib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta