AZ

Paşinyan Ankaradadır - Moskva isə İrəvandan nigarandır

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Avrasiya İqtisadi İttifaqına üzvlüyünün Ermənistan üçün faydalarını xatırladıb.

Peskov Paşinyanın Avrasiya İqtisadi İttifaqının Belarusun Minsk şəhərində keçiriləcək sammitinə getməməsi ilə bağlı təəssüfləndiyini bildirib.

Peskov müvafiq suala cavab verərəkən deyib: "Əlbəttə, təəssüf edirik. Hər halda, Ermənistan videokörpü vasitəsi ilə onlayn iştirak edəcək. Ermənistan Aİİ-nin üzvüdür. Vacib üzvü".

Peskov daha sonra deyib: "Bu ölkə Aİİ üzvlüyündən öz milli iqtisadiyyatı üçün böyük gəlirlər əldə edir. İttifaqa üzv olması Ermənistan iqtisadiyyatının inkişafına ilbəil artım faizləri gətirir".

Xəbər verdiyimiz kimi, bu gün Moskvadan Ermənistanla bağlı ard-arda çıxışlar səsləndirilib.

Hürr Tərcüman

Rusiya Ermənistanla bağlı narahatlığını dilə gətirdi

Rusiyadan Ermənistana xəbərdarlıq

Kreml Paşinyan iqtidarının həbs etdiyi Karapetyanı dəstəklədiyini rəsmən bəyan etdi

facebook Share

facebook Share

twitter Tweet

 

Seçilən
27
hurriyyet.az

1Mənbələr