AZ

Neft qiymətləri ABŞ-ın Yaxın Şərqlə bağlı narahatlıqları və FED-in təsiri ilə aşağı düşüb

Neft qiymətləri ABŞ administrasiyasının İsrailin İrana hücumları ilə başlayan münaqişələrə qarışmaq barədə ehtiyatlarının olması ilə bağlı xəbər axınından sonra düşüb. Ekspertlər Yaxın Şərqdə geosiyasi gərginliyin artacağı və tədarükün kəsilməsinə səbəb olacağı qorxularının azaldığını və qiymətlərin aşağıya doğru hərəkətini dəstəklədiyini bildiriblər. Qiymətlərin enməsində FED-in inflyasiya gözləntilərini artırması da rol oynayıb.

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 75,25 dollara satılır.

Dünən 77,52 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 77,32 dollarla bağladı.

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:24-ə olan bağlanış qiyməti ilə müqayisədə 2,7 faiz azalaraq 75,25 dollar təşkil edib. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 73,18 dollara alınıb.

Neftin qiymətinin aşağı düşməsi Vaşinqton administrasiyasının İsrailin İrana hücumları ilə başlayan münaqişələrə qarışmaq barədə ehtiyatlarının olması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiya gözləntilərinə yuxarıya doğru yenidən baxması ilə bağlı xəbərlərin axını ilə bağlı olub.

"Yeni Liviyanın yaradılması ilə bağlı narahatlıq"

“New York Post” qəzeti administrasiyaya yaxın mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın münaqişələrə qarışmaq barədə qeyd-şərtlərini dəyərləndirib.

Seçilən
14
kommersant.az

1Mənbələr