Türkiyədə 29 yaşlı Esra Ekinci adlı gənc qadın, dostları ilə əyləndikdən sonra gecə evinə qayıdıb.
News24.az xəbər verir ki, iddialara görə, gecə saatlarında dostlarını yola salmaq üçün beşinci mərtəbədəki mənzilinin balkonuna çıxan Ekinci, tarazlığını itirərək yerə yıxılıb.
Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım qrupları, gənc qadının həyatını itirdiyini təsdiqləyib. Hadisə ilə bağlı istintaq davam edir.
Onu da qeyd edək ki, əmlak məsləhətçisi və həyat kouçu işləyəyn Ekinci, sosial mediada daşınmaz əmlak və psixologiya mövzularında videolar paylaşaraq tanınıb.
Günel Məlikzadə