AZ

Netanyahu “Hitler deliryum”undan əziyyət çəkir - Maduro

İsrailin Baş naziri Benyamin Netanyahu "Hitler deliryum”undan (Psixi pozğunluq – red.) əziyyət çəkir və bəşəriyyəti dağıdıcı Üçüncü Dünya müharibəsinə aparır.

Aktual.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

"Bu gün Netanyahu deyib ki, İsrail İrana qarşı müharibəsi ilə dünyanın simasını dəyişir. O, Yaxın Şərqin və indi dünyanın simasını dəyişdirdiyini bildirib. Bu o deməkdir ki, onun layihəsi planetardır, cəfəngiyyatdır, "Hitlerin deliryum”udur. İsrail hökumətinin başçısının bu cür bəyanatları qəbuledilməzdir və dünya sülhü üçün təhlükə yaradır. Biz dünya liderlərini - Putin, Szinpin, Ərdoğan, Sisi, Yaxın Şərq, Qərbi və Şərqi Asiyanın bütün kralları, prezidentləri, baş nazirləri və BMT-ni Netanyahunun çılğınlığını dayandırmağa və insanlıq üçün nüvə faciəsinin qarşısını almağa çağırırıq”, - o bildirib.

Seçilən
5
ulusum.az

1Mənbələr