Leo Messi "İnter Mayami"nin Klublararası Dünya Çempionatında "Portu"nu məğlub etdiyi oyundan sonra (2:1) jurnalistlərə müsahibə verib. 
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz portuqaliyalı həmkarı Kriştianu Ronaldu barədə fikirlərini də bölüşüb: 

"Kriştianu Ronalduya, onun keçmiş və indiki karyerasına hörmətim və heyranlığım böyükdür. O, hələ də ən yüksək səviyyədədir. Onunla rəqabətimiz meydanda idi. Hər birimiz komandamız üçün ən yaxşısını etmək istəmişik. Hər şey meydanda qaldı. Meydandan kənarda ikimiz də normal adamlarıq. Dost deyilik, çünki birlikdə vaxt keçirməmişik. Lakin həmişə bir-birimizə hörmətlə yanaşmışıq".

Qeyd edək ki, Leo Messi karyerası ərzində çıxdığı 1107 oyunda 866 qol vurub, 384 assistə imza atıb. 40 yaşlı Ronaldu isə 1281 matçda 938 qol və 257 assistlə fərqlənib.