AZ

Müəllimlik ixtisasına maraq azalır? - Rəsmi STATİSTİKA

Müəllimlik həm şərəfli, həm də məsuliyyətli bir peşədir. Hər il onlarla gənc bu peşəni seçməklə gələcəyin formalaşmasında öz payını qoymağa qərar verir.

 

Bəs 2023 və 2024-cü illərdə bu istiqamətə maraq necə dəyişib? Statistika gənclərin seçimində artım, yoxsa azalma olduğunu göstərir?

 

AzEdu.az olaraq mövcud statistikanı əldə etmək üçün Dövlət Statistika Komitəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirlib ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə təhsil ixtisasları qrupuna müvafiq olaraq 2023-cü ildə 11357 nəfər və 2024-cü ildə isə 10788 nəfər tələbə qəbul olmuşdur.

 

Statistika göstərir ki, müəllimlik ixtisasına maraqda cüzi azalma müşahidə olunur. 

Seçilən
12
azedu.az

1Mənbələr