
İsrail prezidenti İtsak Hertzog Almaniyanın Bild nəşrinə verdiyi açıqlamada bildirib ki, İranın nüvə proqramına qarşı hərbi əməliyyat doğru və zəruri qərardır. Lakin İsrailin məqsədi İran İslam Respublikasında hakimiyyətin devrilməsi deyil.Hertzog vurğulayıb ki, yaranmış təhlükə aradan qaldırılmalıdır və İsrail məhz buna fokuslanır. İsrail dövləti İranın ali rəhbəri ayətulla Əli Xamneyi və ya ümumilikdə rejimin dəyişdirilməsini hədəfləmir.Prezident əlavə edib ki, Xamneyinin aradan qaldırılması uzun müddətli perspektivdə İran xalqı üçün “yan təsir” ola bilər və nəticə etibarilə faydalı ola bilər.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ kəşfiyyatı: İran nüvə silahı üzərində işləməyib — Trampın iddiaları təkzib olundu
Bu 3 quruyemiş yumurta qədər tox saxlayır
Kişilərdə sonsuzluğa səbəb olan 3 əsas təhdid