Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təyinatlarla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Həsən Hənəfiyev Nəsimi, Hidayət Nurəlibəyov Nərimanov, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.