AZ

Diaqnoz Tibb Mərkəzinin əməkdaşı Fəxri Fərmanla təltif olundu FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

“Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tibb sahəsində çalışan səhiyyə işçiləri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki,  tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev iştirakçıları bayram münasibətilə təbrik edib, onların cəmiyyətimizdəki rolundan bəhs edib. O bildirilib ki, tibb işçiləri öz fədakar əməyi, yüksək peşəkarlığı və insani missiyası ilə hər zaman xalqın etimadını qazanıblar. Xüsusilə pandemiya və Vətən müharibəsi dövründə onların göstərdiyi xidmətlər xalqımız tərəfindən dərin minnətdarlıqla qarşılanır.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir, tibb işçilərinin sosial müdafiəsi və şəraiti ildən-ilə yaxşılaşdırılır. Bu isə peşəkar tibbi xidmətinin keyfiyyətini artırır və ictimai etimadı daha da möhkəmləndirir.

Sonda tibb sahəsində səmərəli fəaliyyət göstərən partiya üzvləri fəxri fərmanla təltif olunublar.

Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
unikal.az

1Mənbələr