AZ

İran İsrailə hücum etmək üçün təhlükəsizlik kameralarından istifadə etmək istəyir

İran İsraildəki hədəflərə hücum etmək üçün şəxsi təhlükəsizlik kameralarından məlumat toplamağa başlayıb. İsrailin keçmiş kibertəhlükəsizlik rəsmisi israillilərə kameralarını söndürmələrini deyib.

Herbiand.az bu barədə Bloomberg agentliyinə istinadən xəbər verir.

“Biz bilirik ki, son iki-üç gündə iranlılar nə baş verdiyini və raketlərinin hara düşdüyünü anlamaq, zərbələrinin dəqiqliyini artırmaq üçün kameralara qoşulmağa çalışırlar”, - İsrailin Milli Kiber Qurumunun keçmiş baş direktorunun müavini Rafael Franko belə deyib.

Agentlik qeyd edib ki, təhlükəsizlik kameraları bazarı böyüyür. Lakin bir çox kameralar zəif parollar, mikroproqram yeniləmələrinin olmaması və zəif quraşdırma səbəbindən haker hücumlarına məruz qalır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr