AZ

23 kiloya düşən sosial media fenomenin ürəyi dayandı

23 kiloya düşən sosial media fenomenin ürəyi dayandı2023-cü ilin noyabrında "dələduzluq" və "çirkli pul yuma" ittihamları ilə həbs edilən tanınmış sosial media fenomenləri Nihal Candan və Bahar Candan bacıları təxminən altı ay müddətində həbsdə qalmışdı.

Əvvəlcə "Anoreksiya nervoza" diaqnozu qoyulan Nihal Candan səhhətindəki problemlərə görə azadlığa buraxılmış, qısa müddət sonra isə Bahar Candan da həbsdən azad olunmuşdu.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, həbsdə olarkən 37 kiloya qədər arıqlayan Nihal Candan azadlığa çıxdıqdan sonra da çəki itirməyə davam etmiş, 30 kiloya düşdükdən sonra xəstəxanaya yerləşdirilmişdi. Bacısı Bahar Candan onun səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edərək, "Bacım xəstəxanaya aparıldı. Anoreksiya nervoza… Bir şey edin, bacım ölür! Yaşadıqlarını həzm edə bilmədi. Ümid edirəm, bir gəncin həyatını məhv etdiyiniz üçün vicdan əzabı çəkirsiniz", – sözlərini yazmışdı.

Müalicəsi reanimasiya şöbəsində davam etdirilən və çəki itirməyə davam edən Nihal Candanın 23 kiloya qədər arıqladığı, səhhətinin isə ağır olaraq qaldığı bildirilmişdi.

Qızının vəziyyəti ilə bağlı açıqlama verən Nihal Candanın anası Umut Candan, "Ölüm riski ilə üz-üzəyik, aparata bağlı vəziyyətdədir. 23 kiloya qədər düşüb. Bütün orqanları iflas edib. Dualarınıza ehtiyacımız var", – deyə bildirmişdi.

Son olaraq aparıcı Pınar Kerimoğlu sosial media hesabında Nihal Candanın ürəyinin dayandığını və ona ürək masajı edildiyini açıqlayıb. Kerimoğlu paylaşımında, "Nihalın ürəyi dayanıb. Ürək masajı olunur. İndi anası ilə danışdıq. Allahım, nə olar, bir şey olmasın…" sözlərinə yer verib.

Digər tərəfdən, Dilan Polatın bacısı Sıla Doğu isə Candanın ürəyinin yenidən işə salındığını bildirib. Doğu sosial media paylaşımında bunları qeyd edib: "Nihal üçün dua edin. Ürəyi dayanıb, hazırda müdaxilə edirlər. Çox üzgünəm. Ürəyini yenidən işə saldılar. Hazırda vəziyyəti kritikdir." O, həmçinin Candanın ürəyinin 10 dəqiqə ərzində dayandığını da əlavə edib.

Seçilən
0
sonxeber.az

1Mənbələr