AZ

Təbriz yenidən İsrailin hədəfində

İsrail İran ərazisinə hücumlar zamanı Təbriz Beynəlxalq Hava Limanı yaxınlığındakı əraziyə zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə ISNA Şərqi Azərbaycan valisinin bəyanatına istinadən xəbər verir:

"Sionist rejim bu səhər İlxçi bölgəsində və Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanı ərazisində iki nöqtəyə zərbə endirib".

Yerli mənbələrin məlumatına görə, hücum zamanı bölgədəki radar obyekti vurulub.

Bundan əlavə, İsrail qüvvələrinin Ərdəbildə raket buraxılış qurğusunu və Tehranda yaşayış binasını vurduğu bildirilir.

Seçilən
14
herbiand.az

1Mənbələr