“Bayer”in yarımmüdafiəçisi Florian Virts keçməzdən əvvəl tibbi müayinədən keçib
İdmanxeber.az-ın məlumatına görə, transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq. 22 yaşlı almaniyalı ilə 5 mövsümlük – 2030-cu ilə qədər müqavilə imzalanacaq. Bu transferin “Liverpul” və Premyer Liqa tarixində ən bahalı transfer olacağı gözlənilir.
Virts 2020-ci ildə “Bayer”ə qoşulub. Keçən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.