AZ

Əməliyyat: Başçı və müavinləri tutuldu - Bakıya gətirilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, onlar arasında icra başçısı Musa Şəkiliyev, müavinləri, İcra Hakimiyyətinin şöbə müdirləri və digər vəzifəli şəxslər var.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Saxlanılan şəxslər hazırda Bakıya gətirilirlər.

Bazar gününədək onlar məhkəmə qarşısına çıxarılacaqlar. Səbail Rayon Məhkəməsində Qaxın tutulan vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ittiham tərəfinin təqdimatına baxılacaq.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.

"Bakuinfo" Report-a istinadla xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.

Hazırda onlar Bakıya gətirilir.

Qeyd edək ki, xəbəri ilk olaraq Nyus24.az saytı yayıb.

Seçilən
29
11
bakuinfo.net

10Mənbələr