Olaylar.az xəbər verir ki, bu barədə iyunun 20-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən XIX OANA Baş Assambleyasında çıxışı zamanı bildirib.
"Əvvəllər bu, sadəcə ehtimal idi, lakin indi artıq aydındır ki, bu hücum ABŞ və İran arasında, Oman vasitəsilə aparılan dolayısı danışıqların pozulması məqsədilə planlaşdırıla və həyata keçirilə bilərdi", - deyə Zaxarova TASS-a açıqlamasında qeyd edib.
O, əlavə edib ki, İranın nüvə proqramı təcavüz üçün əsas yox, danışıqlar üçün səbəb olmalıdır: "Bizim mövqeyimiz ondan ibarətdir ki, bu məsələ diplomatik müstəvidə həll olunmalıdır. Danışıqlar çətin ola bilər, lakin problem də sadə deyil".