AZ

Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiya Respublikası Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb.

Görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı yoxlama modellərinin tətbiqi və şəffaflığın artırılması kimi strateji istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Orxan Nəzərli vergi orqanları arasında bilik və təcrübə mübadiləsinin hər iki ölkənin vergi sistemlərinin təkmilləşdirilməsinə töhfə verə biləcəyini bildirib, əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini vurğulayıb.

Bozidar Kutleşa Azərbaycanda vergi sahəsində həyata keçirilən rəqəmsal transformasiya və modernləşmə layihələrinin Xorvatiya üçün faydalı ola biləcəyini qeyd edib, əməkdaşlığın hər iki ölkədə vergi inzibati səmərəliliyini artırmaq baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Seçilən
21
6
report.az

7Mənbələr