AZ

Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir

Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi, rəqəmsal idarəetmə və infrastrukturun inkişafı sahələrində təcrübəsini öyrənməyə açıqdır.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Qvineya Respublikasının Azərbaycandakı Ankarada iqamət edən fövqəladə və səlahiyyətli səfiri Umar Kande deyib.

Onun sözlərinə görə, Qvineya Respublikası Azərbaycan ilə Afrika qitəsi arasında inkişaf edən tərəfdaşlıqda mərkəzi və strateji mövqe tutur. Çünki Qərbi Afrikanın təbii resurslarla zəngin və tarixən əhəmiyyətli ölkələrindən biri kimi Qvineya əməkdaşlığın bu yeni fəslində aparıcı rol oynamaq üçün həm iqtisadi potensiala, həm də siyasi iradəyə malikdir.

"Azərbaycan Qoşulmama Hərəkatı, Cənub-Cənub əməkdaşlığı və inkişafa yardım proqramları kimi platformalar vasitəsilə Afrika ilə əlaqəni gücləndirir. Ölkəniz daha inklüziv qlobal tərəfdaşlığa doğru müsbət dəyişikliyi təmsil edir. Bu çərçivədə Qvineya Azərbaycanla Qərbi Afrika regionu arasında əsas körpü rolunu oynaya bilər. Qvineyanın, həmçinin Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin daha geniş bazarına çıxmaq istəyən Azərbaycan şirkətləri üçün mərkəz rolunu oynaması mümkündür", - səfit qeyd edib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz!

Seçilən
36
report.az

1Mənbələr