AZ

Çelsi nin ulduzu futboldan qovuldu

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Çelsi"nin "Şaxtyor Donetsk"dən 70 milyon avroya transfer etdiyi Mykhailo Mudrik 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, futbolçunun dopinq qəbul etdiyi aşkarlanıb. İngiltərə Futbol Assosiasiyasının məlumatına görə, Mykhailo Mudrik, qadağan olunmuş maddənin mövcudluğu və ya istifadəsi ilə bağlı FA-nın Antidopinq qaydalarının 3 və 4-cü qaydalarına əsasən Antidopinq qaydalarını pozub.

Qeyd edək ki, futbolçu ötən ilin sonlarından meydandan kənarda qalıb. “Çelsi”nin heyətində ümumilikdə 73 oyun keçirən ukraynalı hücumçu 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
metbuat.az

2Mənbələr