AZ

Bu ölkədə Rusiyanın casus şəbəkəsi ifşa edildi: Görün nə planlaşdırıblar

Argentina “Rus casus şəbəkəsini” üzə çıxardığını bildirdi.

Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Hökumət sözçüsü Manuel Adorni bildirib ki, şəbəkənin məqsədi “Argentina dövlətinə qarşı dezinformasiya kampaniyaları və əməliyyatlar aparmaq üçün” Rusiyaya sadiq insanlardan ibarət qrup yaratmaq olub. Bəyanatda qeyd edilir ki, Kreml tərəfindən maliyyələşdirildiyi iddia edilən təşkilat “Vaqner” PMC-nin mərhum rəhbəri Yevgeni Priqojinin “trol fabriki” kimi təsis etdiyi “Laxta” layihəsi ilə əlaqəlidir.

Argentina kəşfiyyatının məlumatına görə, ölkədə yaşayan Rusiya vətəndaşı Lev Andriaşvili həyat yoldaşı İrina Yakovenko ilə birlikdə yerli strukturlarla əlaqə yaradaraq dezinformasiya yaymaq üçün pul paylayıb. Xüsusilə, bu evli cütlük sosial şəbəkələrdə yazılar yazıb, vətəndaş cəmiyyəti təşkilatları və qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqə qurub, həmçinin ölkədə baş verəcək siyasi hadisələrlə bağlı məlumat toplayıb.

Rusiyanın ölkədəki səfirliyi ruslara qarşı şübhələri “casus manyaklığının” növbəti mərhələsi adlandırıb. Buenos-Ayres mütəşəkkil cinayətkarlıq, terrorizm və xarici təsirlərlə məşğul olacaq Amerika Federal Təhqiqat Bürosuna bənzər yeni bir istintaq mərkəzinin yaradıldığını elan edib.

Seçilən
4
1
publika.az

2Mənbələr