AZ

Amerika İrana nüvə zərbəsi endirəcəkmi? | VİDEO

AzVision.az “TASS” agentliyinə istinadən bildirir ki, Rusiya prezidenti Valdimir Putinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib.

“Hadisələrin belə inkişafı fəlakətli olardı. Lakin o qədər spekulyasiyalar var ki, bu barədə həqiqətən şərh vermək mümkün deyil”,- Kremlin çözçüsü vurğulayıb.

Bundan əvvəl “The Economist” nəşrinin yazdığına görə, SEPAH-ın nüvə başlığını raketlə birləşdirməyə hazırlaşdığı barədə məlumatlar aldıqdan sonra İsrail İranla müharibəyə başlayıb. Dünən axşam isə, Ağ Ev nüvə silahı yaratmaq üçün İrana bir neçə həftə lazım olacağını bildirib.

Bu xəbərlər fonunda “Fox News” telekanalı ABŞ-nin İranda taktiki nüvə silahından istifadəni istisna etmədiyini bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr