“Terror baş versə, Hizbullah olmayacaq. Hizbullah lideri öz sələflərindən ibrət götürməlidir.”
APA İsrail mətbuatına əsasən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz Hizbullahın münaqişəyə qoşulma ehtimalını şərh edərkən deyib.
O bildirib ki, Hizbullah lideri Naim Qasim ehtiyatlı olmalıdır. Çünki, İsrailin terror qruplarına səbr etməyə dözümü qalmayıb.