AZ

Maskerano: "Messi bizə necə rəqabət aparacağımızı göstərən oyunçudur"

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Klublararası Dünya Çempionatında "Portu" üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlər qarşısına çıxıb.

Operativ Media xəbər verir ki, o, hücumçu Lionel Messinin komandadakı rolu ilə bağlı sualı cavablandırıb.

"O, bizə necə rəqabət aparacağımızı, mübarizəni davam etdirmək istəyini göstərən futbolçudur. Hətta yorğun və əzilmiş halda da komandaya nəticə əldə etmək üçün son dəqiqələrdə kömək etməyə davam edir. Bizi irəli aparan odur. Bilirik ki, onun olması bizə üstünlük verir".

MLS klubu turnirin əvvəlində "Əl Əhli" ilə 0:0 hesablı heç-heçə edib. Messinin komandası növbəti matçını iyunun 24-də “Palmeyras”a qarşı keçirəcək.

Seçilən
37
operativmedia.az

1Mənbələr