Amerika kəşfiyyat agentlikləri belə qənaətə gəliblər ki, İrana qarşı hərbi əməliyyatlar Tehranı nüvə silahı hazırlamağa sövq edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilib ki, ABŞ-ın Fordodakı yeraltı uranın zənginləşdirilməsi mərkəzinə mümkün zərbəsi xüsusilə təhlükəli sayılır.
Nəşrin yazdığına görə, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi İsrail tərəfindən həyata keçirilərsə, oxşar nəticələr ola bilər. Eyni zamanda, Amerika kəşfiyyat orqanları İranın nüvə bombasının yaradılması ilə bağlı yekun qərarını hələ qəbul etmədiyini qeyd edirlər.