AZ

Ölümcül halda KTM-ə müraciət edən şəxs sağaldı » AzadMedia.az


02.06.2025-ci il tarixində 30 yaşlı vətəndaş ağır vəziyyətdə Cəlilabad rayonundan Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Vətəndaşın səhhətində yaranmış kəskin ağırlaşmalara görə daha əvvəl bir neçə tibb müəssisəsinə müraciət etsə də, xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunmayıb.

Toksikologiya şöbəsinə qəbul edilən xəstəyə toksiki epidermal nekroliz, çox ağır dərəcədə layella sindromu diaqnozları qoyulub.

Toksikologiya şöbəsinin həkim-toksikoloqu Savad Quliyevanın apardığı intensiv və uzunmüddətli müalicələr nəticəsində xəstənin vəziyyəti stabilləşib, dərisi təmizlənib, udması sərbəstləşib.

Stasionar müalicələrdən sonra xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
Seçilən
23
1
azadmedia.az

2Mənbələr