AZ

Çelsi Maduekeni satmağı planlaşdırmır

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Çelsi"nin baş məşqçisi Enzo Mareska Noni Maduekenin klubu tərk edə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Sky Sports"a açıqlama verib:

"Noni "Çelsi"nin oyunçusudur. İndi oyunçular və onların gələcək taleyi haqqında çoxlu fərziyyələr oxuya bilərsiniz, lakin Noni bizim oyunçumuzdur. Biz onu gələn mövsüm üçün əsas futbolçumuz kimi görürük".

Maduekenin "Çelsi" ilə müqaviləsi 2030-cu ilin yayında başa çatır.

Qeyd edək ki, 23 yaşlı ingilis 2024/25 mövsümündə bütün turnirlərdə 42 matçda meydana çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
sport24.az

1Mənbələr