AZ

Daha bir ölkə öz səfirliyini İrandan Azərbaycana köçürüb » AzadMedia.az


Avstraliya Tehrandakı səfirliyini bağlayıb. Bu ölkənin hökuməti diplomatik nümayəndəliyini Azərbaycana köçürüb.
Avstraliya İran və İsrail arasında münaqişə səbəbindən Tehrandakı səfirliyini bağlamaq qərarına gəlib. Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Penni Vonq bildirib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyi Avstraliyanın diplomatik nümayəndəliyini müvəqqəti olaraq Azərbaycana köçürüb, orada konsulluq xidmətləri və İranı tərk edən avstraliyalılara yardım göstəriləcək.

Vonq transfer qərarının diplomatların və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün verildiyini vurğulayıb. Bundan əlavə, Avstraliyadan Azərbaycana böhran qrupu göndərilib.

Azadmedia.az xatırladır ki, bundan əvvəl Bolqarıstan və Macarıstan səfirliklərini Azərbaycana köçürüb.
Seçilən
22
38
azadmedia.az

10Mənbələr