AZ

Konturyeyənlər - Təbriz VƏFALI YAZIR

Təbriz VƏFALI,

Azərbaycan İnformasiya Mərkəzinin direktoru

***

Uşaqlıqdan ezop dilində, yəni üstüörtülü danışmağı xoşlayıram. Düşünürəm, arifə bir işarə bəsdir. Ezopca söhbətimi ariflərin anlaması kifayətdir, başa düşməyənləri qandırmağa nə hacət. 

Deyirlər, filankəs “çoxyeyən“di, yəni, ya iştahası yaxşıdı, yeyib-içəndi, ya da qarınquludur, nə qədər yeyib-içsə də, nə gözü, nə də qarnı doyur. Yaxud birinə “ətyeyən“ deyirlər. Yəni, o, əti və ət yeməklərini xoşlayır. 
Bəzən də eşidirik ki, filankəsin başını “yeyiblər”. Yəni, onu ya öldürüblər, ya da tovlayıb yoldan çıxarıblar. 
Bir də var “pulyeyən“. Beləsi rüşvətxor, korrupsionerdir, “qaz vurub, qazan doldurmağı“ düşünür, pulu, var-dövləti, sərvəti, mal-mülkü canından çox sevir. Adam da var ki, simicdir, özünə, ailəsinə pul xərcləyən deyil. Bir manatı çıxanda elə bil canı çıxır. Onlara da ezopca deyirlər “pulyeyən“. 

“Adamyeyən“ də var. Manyak, vampir adlandırılan belələri barədə ədəbiyyat və KİV-lərdə çox oxumuşuq, “ujas“ filmlərindən onlara çox tamaşa etmişik. “Adamyeyən“ də var ki, ona qaniçən, zəli, zalım deyirlər. Belələri zülm, işgəncə verməkdən, insanları nahaqdan incitməkdən, el malını çapıb-talamaqdan həzz, ləzzət alırlar. 
Bir zamanlar “torpaqyeyənlər“ də yaman dəbdə idi. Rayon icra hakimiyyətləri və rayon torpaq şöbələri böyük, bələdiyyələr və yerli icra nümayəndəlikləri isə bala “torpaqyeyənlər“ adlandırılırdı. Çünki onların torpaqdan istifadəsinə ezopca “hərracaqoyma“, “torpaqyemə“ deyilirdi və onlar kəndlilərin halal torpaq paylarını sataraq pullarını mənimsəyirdilər. 

MİA.AZ

Seçilən
18
mia.az

1Mənbələr