Nəqliyyat vasitəsində gizlədilmiş KPQ ilə partlayış müxtəlif yerlərdə və üsullarla həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Hücumların hədəfi nəzarət olunan və nəzarət edilməyən zonalarda yerləşən binalar, qurğular və hava gəmiləri ola bilər. Hücumları həyata keçirən şəxslər isə kənar şəxslər və ya xidməti personal ola bilərlər. Hücum üsullarına daxilində KPQ olan avtomobilin hava limanının binasına çırpılması, yaxud parklanmış avtomobildə KPQ-nin partladılması daxildir. Bundan əlavə, insayderlərin nəzarət olunan zonaya soxulması və ya nəqliyyat vasitələri ilə hücumlar da mümkündür. Hava limanının nəzarət olunan zonasına fiziki soxulma yolu ilə KPQ partlatmaq da təhlükə yaradır. Bu növ terror aktlarının ümumi ehtimalı ORTA səviyyəsində qiymətləndirilir.