ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin bazar dəyəri artıb. Sport24.az xəbər verir ki, məşhur "transfermarkt" porfalı 27 yaşlı hücumçunun yeni qiymətini açıqlayıb. Emrelinin dəyəri 200 min avro artaraq 1 milyon avroya çatıb.Forvard üçün ən yüksək rəqəm 2021-ci ilin oktyabrında qeydə alınıb. Həmin vaxt oyunçunun dəyəri 2 milyon avro qiymətləndirilib. Qeyd edək ki, son olaraq II Bundesliqada "Nurnberq"in uğurları üçün çalışan Mahir Emreli "Kayzerslautern"lə anlaşıb. O, Almaniya klubu ilə 3 illik müqavilə imzalayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.