Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin üçüncü günüdür.
AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.
Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bu gün ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.
Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, dünən keçirilən sertifikasiya imtahanında 4228 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.