AZ

Bu ölkə də diplomatlarını İrandan Azərbaycana GÖNDƏRDİ

Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bütün Avstraliya rəsmilərini və onların ailə üzvlərini İrandan çıxarmaq və Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar verdiyini elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Avstraliya İttifaqının xarici işlər naziri Penni Vonqun bəyanatında bildirilib.

“Avstraliya hökuməti bütün rəsmi şəxslərə və onların ailələrinə İranı tərk etmək göstərişi verib və ölkədə pisləşən təhlükəsizlik qiymətləndirməsinə əsaslanaraq Tehranda səfirliyin fəaliyyətini dayandırıb”, – XİN başçısı bildirib.

Onun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri böhranlara cavab vermək üçün hökumətin səylərini dəstəkləmək məqsədilə regionda qalacaq.

“Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxan avstraliyalılara dəstək göstərmək üçün Azərbaycana, o cümlədən onun sərhəd məntəqəsinə konsulluq əməkdaşlarını göndərir”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Macarıstan, Bolqarıstan, İsveçrə də daxil olmaqla bir sıra ölkələr oxşar addımı atıblar. 

Bizim.Media 

Seçilən
26
6
bizim.media

10Mənbələr