AZ

Donald Tramp TikTok razılaşmasını bağlama müddətini üç ay daha uzatdı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp, Çin tətbiqi "TikTok"un qadağasını tətbiq etmə tarixini 90 gün daha uzatmağı əmr edən fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, bunu o, "Truth Social" sosial platformasında yazıb.

Fərmana əsasən, "ByteDance" şirkətinə platformanın Amerika şirkətinə satılması üçün əlavə vaxt verib. "Mən az əvvəl "TikTok"un bağlanma müddətini 90 gün uzadacaq bir icra fərmanı imzaladım - 17 sentyabr 2025-ci il tarixinə qədər. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!" – deyə ABŞ prezidenti qeyd edib.

Tramp artıq iki dəfə "TikTok"un tətbiqinin qadağasını uzatmışdı, bu qadağa yanvar 2025-ci ildə qüvvəyə minməli idi. Sözügedən qərar ABŞ Konqresinin Çin hökuməti ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən qəbul edilib. Plana görə, "TikTok"un ABŞ-dakı əməliyyatları yeni bir şirkət olaraq ayrılacaq və bu şirkət ABŞ-da yerləşəcək, əsasən ABŞ investorları tərəfindən mülkiyyət ediləcək və onların nəzarətində olacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
bizimyol.info

1Mənbələr