AZ

İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var

İranın raketi İsrailin Beer Şeva bölgəsinə düşüb.

“Qafqazinfo” xəbər verir ki. bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Mərmi “Microsoft” korporasiyasının regional ofisinin yanındakı dayanacaqda partlayıb. Bildirilir ki, binaya ciddi ziyan dəyib, partlayış dalğası bütün pəncərələri uçurub, zərbə yerində yanğın başlayıb. Ən azı 18 nəfər yaralanıb.

İranın İsrail Müdafiə Qüvvələrinin (IDF) şəhər yaxınlığında yerləşən Nevatim hərbi bazasını hədəf aldığı güman edilir.

Seçilən
14
4
qafqazinfo.az

5Mənbələr