AZ

İsrail Qəzzada daha 11 nəfəri öldürüb

İsrail

İsrail ordusu Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində Ayaş ailəsinə məxsus evə hava hücumu həyata keçirib.

Xalqcəbhəsi.az “sabah.com.tr”yə istinadla qeyd edir ki, ilkin məlumata görə, hücumda 8 fələstinli ölüb, bəziləri isə yaralanıb.

Qəzzanın mərkəzində Səlahəddin küçəsində bir qrup fələstinliyə qarşı törədilən digər hücumda isə 3 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bildirək ki, dünən səhər saatlarından etibarən isə İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda aralarında kömək gözləyənlərin də olduğu 96 nəfər ölüb, çox sayda insan yaralanıb.

Seçilən
17
xalqcebhesi.az

1Mənbələr