Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Azərbaycana köçürmək qərarını verib.
Publika.az xəbər verir ki, bununla bağlı Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlama verib.
O bildirib ki, İsrail-İran münaqişəsi səbəbindən diplomatların və ailələrinin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar verilib.
Vonq qeyd edib ki, vətəndaşlarının təxliyəsinə dəstək göstərmək üçün Avstraliya hökuməti Azərbaycana böhran qrupu göndərəcək.