Əgər ABŞ maliyyə və hərbi yardımı dayandırarsa, Ukrayna fəlakətlə üzləşəcək.
Bu barədə İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti yazır.
Məqalədə qeyd olunur ki, uzun müddətdir Ukraynanın ən böyük dəstəkçisi olan amerikalılar geri dönüş edib.
"Yanvardan bəri Vaşinqton bir dənə də olsun yeni yardım paketi elan etməyib... Ukrayna üçün bu, fəlakət deməkdir”, - müəllif hesab edir.
Onun fikrincə, Avropadan ikiqat maliyyə yardımı Vaşinqtonun verdiyi məbləği kompensasiya edə bilməyəcək. Üstəlik, Avropa İttifaqı Kiyevi məsələn, Patriot sistemləri və ya ATACMS raketləri ilə təmin etmək iqtidarında deyil.
Cavid