ABŞ Prezidenti Donald Tramp İslam Respublikasının ikinci Liviyaya çevriləcəyindən qorxduğu üçün İrana qarşı qəti addımlar atmaqdan imtina edir.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, Trampın Liviyadan danışmasının iki səbəbi var. Birincisi, Liviya lideri Müəmmər Qəddafinin başına gələnlərdən sonra yaranmış xaosdur. İkinci səbəb, Liviyaya müdaxilənin Şimali Koreya və İran kimi bir sıra ölkələrlə danışıqları və sövdələşmələri çətinləşdirməsidir.
Nəşr vurğulayıb ki, ABŞ Prezidenti İranın Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirməyi düşünür.