AZ

Carrel Kuansa karyerasını "Bayer"də davam etdirə bilər

Bakı. Trend:

Carrel Kuansa karyerasını "Bayer"də davam etdirə bilər.

Trend xəbər verir ki, "TheAthletic"in məlumatına görə, alman klubu 22 yaşlı müdafiəçinintransferi ilə bağlı "Liverpul"la razılığa gəlməyə yaxındır.

Hələlik rəsmi təklif yoxdur, lakin danışıqlar davam edir.Müqavilənin məbləğinin 40 milyon avrodan bir qədər çox olacağıgözlənilir.

Fabritsio Romano bildirir ki, futbolçu artıq "Bayer"lə şəxsimüqavilə şərtlərini şifahi olaraq razılaşdırıb.

Qeyd edək ki, ötən Premyer Liqa mövsümündə Kuansa 13 oyunkeçirib.

Seçilən
9
az.trend.az

1Mənbələr