Bakı. Trend:
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov ölkənin “Canal 6TV” onlayn media kanalının aparıcısı Xulio Sezar Qarsiyaya genişmüsahibəsində Azərbaycan-Meksika münasibətlərinin hazırkivəziyyəti, ölkəmizin uğurları və dünyada artan rolundandanışıb.
Trend xəbər verir ki,Azərbaycan ilə Meksika arasında ənənəvi olaraq mövcud olan yaxşımünasibətlərə toxunan səfir, Latın Amerikası bölgəsində ən vacibtərəfdaşlarımızdan olan Meksikada ilə münasibətlərdə son illərmüşahidə edilən müsbət dinamikanı məmnunluqla vurğulayıb. O,Meksikaya son aylarda həyata keçirilən yüksək səviyyəli səfərlərinəhəmiyyətini qeyd edərək, iki ölkə arasında müsbət siyasi dialoqunmövcudluğunu xüsusi ilə qeyd edib. O həmçinin bildirib ki, iki ölkəarasında nümunəvi parlamentlərarası münasibətlər mövcuddur, ocümlədən hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarıfəaliyyət göstərir və bu qruplar arasında olduqca müsbət və fəaləməkdaşlıq əlaqələri formalaşıb.
Habelə müsahibədə Meksika ilə beynəlxalq təşkilatlarçərçivəsində mövcud olan qarşılıqlı faydalı və səmərəliəməkdaşlıqdan bəhs edib, bu kontekstdə COP29 çərçivəsindəölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Müsahibə zamanı iqtisadi sahədə böyük əməkdaşlıq potensialınatoxunan M.Talıbov bildirib ki, hazırda Azərbaycan və Meksikaarasında bu sahədə əməkdaşlığa əlavə təkan vermək məqsədiləistiqamətlər araşdırılır, konkret addımlar atılır. O, ölkəmizintəşəbbüsü ilə həyata keçirilmiş dünya miqyaslı layihələrinnəticəsində qitənin enerji və nəqliyyat xəritəsində yaratdığıdəyişiklikləri vurğulayaraq, Meksika şirkətləri üçün Azərbaycanınstrateji qovşaq mövqeyinin açdığı əlverişli imkanlar ətrafındabarədə aparıb.
Bərpaolunan enerji sahəsində ölkəmizin atdığı addımlara toxunandiplomat qeyd edib ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesindəregional lider kimi çıxış edir və iqlim dəyişikliyi ilə mübarizəmövzusunda önəmli töhfə verən ölkələrdən biridir. O, ölkəmizinxüsusilə külək enerjisində böyük potensiala malik olduğunuvurğulayaraq bildirib ki, Azərbaycan artıq yaşıl enerji ixrac edirvə bu sahədə bir sıra beynəlxalq layihələrdə fəal iştirak edir.Hazırda enerji keçidi sahəsində bir çox ölkələrlə müxtəlifəməkdaşlıq formatlarının movcudluğundan söz açan M.Talıbovölkəmizin Meksika ilə bu sahədə əməkdaşlıq etməyə hazır olduğunuifadə edib.
Ölkəmizin iqtisadi inkişafında neft-qaz strategiyası ilə yanaşı,qeyri-neft sektoru ilə bağlı jurnalistin sualını cavablandıransəfir Azərbaycanın tarixən neft-qaz ölkəsi olmasına baxmayaraq, son20 il iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm vəuğurlu addımların atıldığını və qeyri-neft sektorunun inkişafınaxüsusi diqqət yetirdiyini bildirib.
Ermənistan–Azərbaycan arasında keçmiş münaqişə nəticəsindəölkəmizin mədəni irsinə vurulan ziyanla bağlı jurnalistin sualınıcavablandıran səfir M.Talıbov, Ermənistanın Azərbaycana qarşıhəyata keçirdiyi hərbi təcavüz barədə məlumat verib. O, xüsusilə 30illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəniirsinin sistemli şəkildə dağıdıldığını və işğal olunmuş əraziləringeniş şəkildə minalandığını təəssüflə qeyd edib, minatəmizləməməsələsində dünya ictimaiyyətini ölkəmizə kömək etməyə çağırıb.Bununla yanaşı, Vətən müharibəsindən sonra Azərbaycanın ərazibütövlüyünü və suverenliyinini bərpa etdiyini vurğulayıb, 2025-ciilin ölkəmizdə 'Konstitusiya və Suverenlik İli' elan olunduğunuxatırladıb. Səfir əlavə edib ki, hazırda işğaldan azad olunmuşərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır,məcburi köçkünlərin doğma yurdlarına geri qayıtması üçün mühümaddımlar atılır.
Müsahibəsində ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbirininəhəmiyyətinə toxunan səfir ölkəmizdə keçirilmiş bu KonfransınCOP-lar arasında ən uğurlularından biri olduğunu vurğulayaraqburada əldə edilmiş tarixi nailiyyətlər barədə ətraflı məlumatverib, bu xüsusda Azərbaycanın uğurlu sədrliyi təqdir edilib.